Bakı. Trend:
VTB (Azərbaycan)-ın dəstəyi ilə Bakıda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində Vladimir Vısotskinin doğum gününə həsr olunmuş musiqili- ədəbi gecə keçirilib.
Konsertdə aktyorlar, rəqqaslar və müğənnilər çıxış ediblər. Rus Dram Teatrının, Dövlət Pantomima Teatrının və Mahnı Teatrın artistləri Vısotskinin şeir və mahnılarını ifa ediblər.
“Vısotskinin poeziyası insanların daxili aləminə təsir edir. Ölkəmizdə də şairin yaradıcılığının aşiqləri kifayət qədərdir”, - deyə bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin şərh edib.
Vladimir Vısotskiy gəncliyində ailəsi ilə birlikdə Bakıya gəlirdi, burada istirahət edir, çəkilişlər aparır, dostları ilə görüşür. Vısotskinin Bakıya sonuncu səfəri ölümündən bir müddət əvvəl, o, Mixail Şvaytserin bəzi epizodları respublikanın paytaxtında lentə alınan “Kiçik faciələr” filmində oynadığı vaxt olub.