...

İstanbulda İŞİD-ə dəstək verməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Gündəm Materials 1 Fevral 2025 04:43 (UTC +04:00)
İstanbulda İŞİD-ə dəstək verməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda İŞİD terror təşkilatına dəstək verdikləri şübhə olunan 46 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq nəticəsində İŞİD sıralarında fəaliyyət göstərən 52 nəfər müəyyən edilib.

Araşdırmalar zamanı şübhəlilərin qeyri-qanuni toplantılar və dini fəaliyyətlər vasitəsilə təşkilata yeni üzvlər cəlb etməyə çalışdıqları, həmçinin fitrə və zəkat adı altında toplanan vəsaitləri İŞİD tərəfdarlarının maraqları üçün istifadə etdikləri aşkar edilib.

Bununla bağlı keçirilən əməliyyat nəticəsində şübhəlilərdən 46-sı saxlanılıb. Onlardan 40-ı həbs tələbi ilə məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti