Bakı. Trend:
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə azı 700 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Ümumdünya Səhiyyə Təşkilatı və onun tərəfdaşları hökuməti ilə birlikdə yanvarın 26-dan 30-dək qiymətləndirmə aparıb. Müəyyən edilib ki, 700 nəfər ölüb, 2800 nəfər yaralanıb", - deyə S.Düjarrik əlavə edib ki, bu rəqəmlər arta bilər.
Qeyd edək ki, Qoma şəhəri 2 milyon nəfər əhalisi olan Şimali Kivu əyalətinin inzibati mərkəzidir.