...

Avropada qaz kəskin bahalaşıb

Dünya xəbərləri Materials 1 Fevral 2025 09:49 (UTC +04:00)
Avropada qaz kəskin bahalaşıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yanvar ayının yekunlarına əsasən Avropada qazın orta qiyməti 6% bahalaşaraq min kub metri 517 ABŞ dollarına çatıb.

Trend xəbər verir ki, bu barədə rus KİV-ləri Londonun ICE birjasının statistikasına istinadən məlumat yayıb.

Məlumata görə, qazın bahalaşmasına ilk növbədə soyuq qış və Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılması fonunda yeraltı saxlanclardan qazların çıxarılması templərinin artması təsir göstərib.

31 dekabr 2024-cü ilin qaz füçersləri hər min kub metrə görə 539 ABŞ dollarına yaxın idisə, bir aydan sonra sövdələşmələr təxminən 577 ABŞ dolları səviyyəsində bağlanıb.

2024-cü ilin payızından etibarən Avropadakı qaz hablarında qiymətlər tədricən artmağa başlayıb. Ötən ilin sentyabr ayında qitədə qazın orta qiyməti hər min kubmetr üçün 416 dollar olub (illik ifadədə 0,3% azalma), oktyabrda — 456 dollar (-11%), noyabrda — 491 dollar (-4%), dekabrda — 489 dollar (+20%), cari ilin yanvarında isə — 517 dollar təşkil edib (+53%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti