Bakı. Trend:
Azərbaycanda uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlər davam etdirilir.
Trend-in əldə etdiyi məlumata görə, bu tədbirlər çərçivəsində ölkəyə yeni tibbi təyinatlı avadanlıq və ləvazimatlar gətiriləcək.
Belə ki, tibbi avadanlıqlar uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlərlə bağlı xərclər çərçivəsində ölkəyə çatdırılacaq.
Artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs hazırlıqları yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “VITTA elmi-texniki” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2 milyon manat ödənilib.
Qeyd olunan tibbi təyinatlı avadanlıq və ləvazimatların siyahısını təqdim edirik:
Qeyd edək ki, tibbi təyinatlı avadanlıq və ləvazimatların alınmasının həvalə olunduğu şirkət 2008-ci ildə dövlət qeydiyyatından keçib. Nizamnamə kapitalı 1000 ABŞ dolları olan MMC-nin qanuni təmsilçisi Quliyev Kamil Bəşir oğludur.