Xocalı. Trend:
Mən şəhid ailəsiyəm. 1992-ci ildə müharibədə yoldaşım və qardaşım şəhid olub. Onların sayəsində bu gün doğma yurduma qayıdıram.
Trend xəbər verir ki, bu sözləri bu gün Xocalı rayonunun Ballıca kəndinə köçən keçmiş məcburi köçkün Südabə Cavadova deyib.
“32 ildən sonra mən vətənə qayıtdığım üçün həm sevinirəm, həm kədərlənirəm. Kədərim buna görədir ki, qardaşım və valideyinlərim yanımda yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə sağlamlıq arzulayıram. Allah bu günü hamıya qismət eləsin”, - o əlavə edib.