Bakı. Trend:
Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə 1,7 milyard manatlıq 23 təşəbbüs reallaşdırıb.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.
"Qeyri-neft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xarici investisiyaların cəlb olunması, müasir standartların və qabaqcıl təcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsas prioritetlərimizdəndir. Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə 19 yeni müəssisənin tikintisi daxil olmaqla, qida, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən, "yaşıl enerji" və digər sahələrdə 23 təşəbbüs reallaşdırılıb. Ümumi dəyəri 1,7 milyard manat olan bu layihələr yerli istehsalın artırılmasına, idxalı əvəzləyən məhsulların istehsalının təşviqinə və məşğulluğun dəstəklənməsinə xidmət edir", - deyə paylaşımda qeyd olunub.