...

Rusiya və İrandan gətirilən istehlaka yararsız məhsullar məhv edilib (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2025 17:15 (UTC +04:00)
Rusiya və İrandan gətirilən istehlaka yararsız məhsullar məhv edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və İrandan idxal olunan bir sıra istehlaka yararsız məhsullar məhv edilib.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Rəvan Commers" MMC-nin Rusiyadan idxal etdiyi “Multon Partners.” müəssisəsinin istehsalı olan meyvə şirəsi, “Müstəqil Seymur” şirkətinin İrandan idxal etdiyi “Bazargani Mobin Artin Nikan” müəssisəsinin istehsalı olan ərik qurusundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız 786 litr meyvə şirəsi, 1500 kq ərik qurusu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti