Xocalı. Trend:
Doğma yurddan didərgin düşməyi, qaçqın olmağı Allah bir də bizə qismət eləməsin.
Trend xəbər verir ki, bunu bu gün Xocalı rayonunun Ballıca kəndinə köçən keçmiş məcburi köçkün Gülnar Zeynalova deyib.
“Sevincimizin həddi-hüdudu yoxdur. Çünki bu gün boya-başa çatdığımız torpaqlara qayıtmışıq. Allah Prezidentimiz İlham Əliyevə can sağlığı versin. Allah bir də qaçqın olmağı bizə qismət eləməsin. Qayınatam da Ballıca kəndində şəhid olub. Əminəm ki, onun bu gün ruhu şaddır”, - o qeyd edib.