Bakı. Trend:
Kiyev Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir.
Trend-in məlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov feysbuk sosial hesabında bildirib.
“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet F-16 proqramıdır. Qırıcıların növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətin təlimlərini davam etdiririk”, - deyə nazir vurğulayıb.
R.Umerov qeyd edib ki, Niderland 2025-ci ildə Ukraynaya yardım proqramını əhəmiyyətli dərəcədə artırıb.
Qırıcıların tədarük sayı və vaxtı açıqlanmayıb. Ümumilikdə Niderland Ukraynaya 24 ədəd F-16 qırıcısı tədarük edəcəyinə söz verib.