...

Fitch "Southern Gas Corridor CJSC" istiqraz reytinqini "BBB-" səviyyəsində təsdiq edib

Energetika Materials 31 Yanvar 2025 15:15 (UTC +04:00)
Fitch "Southern Gas Corridor CJSC"  istiqraz reytinqini "BBB-" səviyyəsində təsdiq edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch Ratings” “Souther Gas Corridor CJSC (SGS)”-nin təmin olunmamış böyük avroistiqrazları üçün uzunmüddətli istiqraz reytinqini “BBB” səviyyəsində təsdiq edib.

Trend xəbər verir ki, bu reytinq, dövlət tərəfindən SGC avroistiqrazları üzrə tam və vaxtında ödəniş zəmanətinin təmin edilməsini əks etdirir. Nəticədə, “Fitch” bu istiqrazların reytinqinin Azərbaycanın xarici valyutada uzunmüddətli kredit reytinqinə (BBB-/Sabit) bərabər olduğunu hesab edir.

Reytinqin təsdiqlənməsi, Fitch-in SGC-nin 2026-cı ildə ödəniş müddəti bitəcək və Azərbaycan hökuməti (BBB-/Sabit) tərəfindən tam zəmanət verilmiş 2 milyard ABŞ dolları dəyərində avroistiqrazları ilə bağlı dəyişməz mövqeyini əks etdirir.

Fitch, SGC avroistiqrazlarını Dövlət Təşkilatlarının Reytinqlərinin Qiymətləndirilməsi Kriteriyaları çərçivəsində qiymətləndirir; bu zaman istiqrazların reytinqi əvvəlki təmin olunmamış istiqrazlar üzrə verilmiş dövlət zəmanətlərinə əsaslanaraq Azərbaycan emitentinin uzunmüddətli və qısamüddətli reytinqlərinə bərabər tutulur. Bu isə dəstək üzrə məsuliyyət və dəstək üçün motivlər kimi faktorların qiymətləndirilməsindən asılı olmur, belə ki, zəmanət reytinqlərin bərabərləşdirilməsində başlıca amil sayılır.

İstiqrazlar üzrə zəmanət Azərbaycanın qeyd-şərtsiz, şərtləndirilməmiş və geri çağırılmaz öhdəliyidir. Bu istiqrazlar, Azərbaycanın bütün cari və gələcək təminatsız borcları ilə eyni mövqeni tutur

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti