Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Aİ ölkələrindən gələn məhsullara ciddi rüsumlar tətbiq etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Aİ-yə tariflər tətbiq edəcəmmi? Dürüst cavab istəyirsiniz, yoxsa siyasi cavab? Tam dəqiqliqlə edəcəm", - deyə o bildirib.
"Tam dəqiqliqlə. Avropa İttifaqı bizimlə çox pis rəftar edir", - deyə o əlavə edib.