Bakı. Trend:
İordaniyanın paytaxtı Əmmanda yerləşən "Royal Jordanian Airlines" aviaşirkəti 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa edib.
Trend-in məlumatına görə, bu barədə ərəb KİV-ləri xəbər verib.
Aviaşirkətə məxsus təyyarələr Kraliça Aliya Beynəlxalq Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına həftədə dörd uçuş həyata keçirəcək. Aprel ayından uçuşların sayı həftədə yeddiyə qədər arta bilərş
Qeyd edək ki, aviaşirkət Suriyadakı vətəndaş müharibəsi səbəbindən 13 il əvvəl Suriyaya uçuşları dayandırmışdı.