...

2026-cı ilə kimi özəl sektorun Azərbaycan ÜDM-dəki payının 88 faizə çatdırılması planlaşdırılır

Siyasət Materials 31 Yanvar 2025 12:46 (UTC +04:00)
2026-cı ilə kimi özəl sektorun Azərbaycan ÜDM-dəki payının 88 faizə çatdırılması planlaşdırılır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilə kimi özəl sektorun Azərbaycan ÜDM-dakı payının 88 faizə çatdırılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin sədri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirlən tədbirdə çıxışında bildirib.

“2022-2026-cı illərə olan sosial strategiyada özəl sektorun ÜDM-dəki payının 2026-cı ilə qədər 88 faizə qaldırılması, qeyri-neft ixracatının həcmini -1,8 dəfə artırılması, qeyri-neft ÜDM 1,3 dəfə artırılması, ümumilikdə ÜDM 1,2 dəfə artırılması kimi məqsədlər təsbit olunub”, - deyə o bildirib.

H.Hüseynov bildirib ki, sosial siyasətin əsas istiqamətləri məşğulluq və muzdlu işçilərin sayında özəl sektorun payının artımının stimullaşdırılması, qadınlar üçün iqtisadi imkanlara əlçatanlığın yaxşılaşdırılması, qeyri-rəsmi məşğulluq səviyyəsinin müəyyən edilməsi, o cümlədən özəl sektorda şəhər və kəndlərdəki həyat səviyyəsi arasındakı fərqin azaldılması kimi məsələlərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti