Bakı. Trend:
Azərbaycan və Fransanın (əvvəlki) münasibətləri bərpa etmələri üçün potensial var, bunun sübutu kimi bu gün keçirilən “Ermənistan-Azərbaycan münaqişəsində Fransanın rolu” konfransı göstərmək olar.
Trend xəbər verir ki, bunu “Conflicts” (Münaqişələr) jurnalının direktoru Qil Mixaeli Bakıda “Fransa və Erməni-Azərbaycan Münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalsitlərə verdiyi açıqlamada bildirib.
“Demək istədiyim odur ki, Azərbaycan başqa prioritetlərə də yönələ bilərdi. Amma o belə etmədi. Tənqidlərə baxmayaraq, qarşılıqlı maraq yüksək olaraq qalır. Və məncə məhz bunun üzərindən dialoq qurmaq olar. Fransa və Azərbaycanın yaxşı günləri də olub, amma onlar düşmən deyillər”, -deyə o bildirib.