Ağcabədi. Trend:
Ağcabədidə əl qumbarasının partlaması nəticəsində 5 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı hadisənin təfərrüatı məlum olub.
Trend-in yerli müxbirinin xəbərinə görə, azyaşlı uşaq rayonun Hindarx qəsəbəsi ərazisində zibillik olan yerdən qumbara tapıb.
Belə ki, azyaşlı tapdığı qumbaranı evə gətirərək ailə üzvlərinə verən zaman ehtiyatsızlıqdan qumbara açılıb və partlayış baş verib.
Hadisə zamanı Quliyev Şamiq, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad və Quliyev Natiq.
Qeyd edək ki, yanvarın 31-də Ağcabədidə əl qumbarası partlayıb. Hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Xatırladaq ki, hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.