...

Ağ Ev Tramp ilə Netanyahunun görüşünü təsdiqləyib

Dünya xəbərləri Materials 1 Fevral 2025 01:53 (UTC +04:00)
Ağ Ev Tramp ilə Netanyahunun görüşünü təsdiqləyib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirərək, İsrail tərəfinin iki lider arasında gözlənilən görüşlə bağlı məlumatını təsdiqləyib.

"Baş nazir Netanyahunun fevralın 4-də işgüzar səfər və prezident [Tramp ilə] görüş üçün burada olacağını təsdiq edə bilərəm", - deyə Ağ Evin rəsmi nümayəndəsi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti