...

Birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu açıqlanıb

Cəmiyyət Materials 31 Yanvar 2025 17:06 (UTC +04:00)
Birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2004-cü ildə I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 187 kilometr təşkil edirdi. Yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində, işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla I texniki dərəcəli avtomobil yollarının uzunluğu 12 dəfəyədək artıb.

Trend xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 2189 km təşkil edir.

"Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsini təşkil edən Şimal-Cənub və Şərq-Qərb (İpək yolu) magistral avtomobil yolları birinci texniki səviyyədə yenidən qurulub, yol üzərində tikilmiş müxtəlif səviyyəli qovşaqlar hesabına nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkəti təmin edilib və bütün dəhlizlər vasitəsilə 2024-cü il ərzində 7 milyon tondan çox yük daşınıb",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti