Bakı. Trend:
Ermənistanla Fransanın hərbi tərəfdaşlığı Cənubi Qafqaz üçün strateji risklər yaradır.
Trend xəbər verir ki, bunu Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatlar İnstitutunun keçmi elmi işçisi, Kanada Qlobal Münasibətlər İnstitutunun sabiq üzvü Robert M.Katler “Fransa və Erməni-Azərbaycan münaqişəsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda bildirib.
“Fransa və Ermənistan bu ilin əvvəlinə silahlı qüvvələrlə bağlı onlarla ölçülərin nəzərdə tutulduğu kompleks müdafiə əməkdaşlığı proqramını artıq təsbit ediblər. Silahların təxirəsalınmaz tədarükü ilə yanaşı, Fransanın götürdüyü hərbi öhdəliklər Cənubi Qafqaz üçün yeni uzunmüddətli strateji risklərlərə yol açır. Ermənistanın Fransa hərbi texnikalarından artan asılılığı onun tarix boyu Rusiya silahlarından asılılığı kursundan əhəmiyyətli dərəcədə sapdığını göstərir”,- deyə o bildirib.
Onun sözlərinə görə, Fransa bu məcrada davam etsə, Onun 2026-2027-ci illər ərzində Ermənistanın təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu əhəmiyyətli şəkildə arta bilər. Daha dərin hərbi tərəfdaşlıq müdafiə razılaşmalarının rəsmiləşdirilməsinə yol aça bilər ki, bu da öz növbəsində Fransanın Ermənistan təhlükəsizlik maraqlarına daha sıx bağlanmasına yol açacaq.
“2025-ci ildir və Fransa artıq neytral vasitəçi deyil. O Ermənistanın təhlükəsizliyinin və inkişafının təmin olunmasında əsas oyunçuya çevrilir ki, bu da onun Cənubi Qafqazda daha balanslaşdırılmış rolundan kəskin şəkildə seçilir. Qısamüddətli perspektivdə bu geosiyasi qeyri-sabitliyi artırmış olur. Ortamüddətli perspektivdə isə digər region oyunçularının buna necə reaksiya göstərəcəyindən çox şey asılı olacaq. Fransanın 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanda iştirakını artırması, daxili siyasi manevrlər etməkdə Paşinyanın “əlinə oynaya” bilər və ona Azərbaycana qarşı daha barışığa-yönəli siyasət yürütməsi “siyasi maskası” geyindirə bilər. Amma bunun regionda vəziyyətin sabitləşməsinə yoxsa daha da gərginləşməsinə yol açacağı – açıq sual olaraq qalmaqdadır”, -deyə Robert M.Katler bildirib.