...

ABŞ-də yüzlərlə “FBI” agenti işdən qovula bilər

Dünya xəbərləri Materials 1 Fevral 2025 09:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika administrasiyası ABŞ prezidenti Donald Trampın prezident seçilməsindən əvvəl ona qarşı istintaq işi aparmış Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşlarını işdən kənarlaşdıra bilər.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət yüzlərlə FTB əməkdaşından gedir. İlk növbədə bu 2021-ci ildə Vaşinqtonda “Kapitoliy binasına basqın” iğtişaşını, o cümlədən Trampın məxfi sənədlər saxlaması məsələsini araşdıran xüsusi təhqiqatçı Cek Smitlə əməkdaşlıq etmiş agentlərə aiddir.

Qeyd edilir ki, Vaşinqtonda yerləşən FTB qərargahının əməkdaşlarına bu iki iş üzrə araşdırmalarla bağlı sənədləri təhvil vermək tapşırılıb. Güman edilir ki, Tramp administrasiyasının ekspertləri onları bu araşdırmalara cəlb olunmuş agentlərin adları baxımından təhlil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti