Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp fevralın 1-dən Meksika və Kanadadan gələn mallara 25 faiz, Çin mallarına isə 10 faiz rüsumların tətbiqi barədə sərəncam verəcək.
Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Kerolayn Levit bildirib.
Bundan əvvəl D.Tramp fevralın 1-dən Meksika və Kanadaya daha yüksək tariflər tətbiq edəcəyinə söz vermişdi. O, Çinə qarşı da oxşar tədbirlər görəcəyi ilə hədələyib.