...

Paytaxtın bu ərazisində oğurluq edənlər saxlanılıb

Gündəm Materials 31 Yanvar 2025 12:40 (UTC +04:00)
Paytaxtın bu ərazisində oğurluq edənlər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 400 manat dəyərində oğurluq olması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində yerləşən evlərin birindən də oğurluq olması barədə polisə məlumat daxil olub. Evdən 1780 manat pul, təmir aləti və elektrik naqili oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 56 yaşlı A.Cabbarov və 22 yaşlı T.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti