...

Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisənin təfərrüatlarını açıqladı

Hadisə Materials 31 Yanvar 2025 15:35 (UTC +04:00)
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisənin təfərrüatlarını açıqladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağcabədi. Trend:

Mənə qardaşım oğlu zəng edərək bildirdi ki, Şamiqin evində partlayış olub, vəfat edib.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağcabədidə baş verən əl qumbarası partlayış zamanı həyatını itirən Şamiq Quliyevin qardaşı Telman Quliyev deyib.

"Hadisə yerinə gəlib gördüm ki, Şamiqin oğlu yerdə uzanmış vəziyyətdə idi. Halım pisləşdi. Daha sonra öyrəndim ki, Şamiq, Bəhruz vəfat edib. Onun qızı Bərdə də yaşayır. İki oğlu birgə Şamiqgilə gəlmişdi. Partlayış nəticəsində qızının iki oğlu da vəfat edib. Şamiqin kiçik oğlu Bakıda yaşıyırdı. Ancaq övladları burada qalırdı. Onun da oğlu vəfat edib.

Qonşular bildirir ki, uşaqlar qoyunu otarıb gətirəndə qumbaranı yoldan tapıb evə gətiriblər. İçərdə nə baş verib bilmirik. Ölənlər varsa, deməli qumbara içərdə partlayıb", - deyə o bildirib.

Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti