Bakı. Trend:
Türkiyənin şəhəri İstanbulun Çekmeköy rayonunda yerləşən təkər zavodunda güclü yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, hadisənin baş verdiyi yaxın ətrafda səmaya qatı tüstü qalxıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları cəlb edilib.
Yanğının səbəbi hələ ki, müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.