...

Azərbaycanda tütün istehsalı artıb

İqtisadiyyat Materials 31 Yanvar 2025 18:47 (UTC +04:00)
Azərbaycanda tütün istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 4 264,9 ton tütün istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 1 952,1 ton və ya 84,4% çoxdur.

Bu ilin yanvarın 1-nə hazır məhsul ehtiyatı isə 768,2 ton təşkil edib.

Eyni zamanda hesabat dövründə ölkədə 16,1 milyard ədəd siqaret və siqarlar istehsal olunub ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 65,4 milyon ədəd və ya 0,4% artım deməkdir.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 62202,9 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 12885,5 milyon manatlıq ödənişli xidmət göstərilib. 2023-cü illə müqayisədə əmtəə dövriyyəsi 3,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 8,6% artıb, ticarət şəbəkəsində 34134,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28068,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bundan başqa, 2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 102,0%, 2024-cü ildə əvvəlki illə müqayisədə isə 101,3% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti