Bakı. Trend:
Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər verib.
Nazirlikdən bildirilib ki, tərəflər Suriya və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Məlumata əsasən, nazirlər Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət prinsipləri əsasında ölkədə hərtərəfli nizamlanmanın təşviqi maraqları naminə beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, nazirlər Suriya məsələsi və digər aktual regional və beynəlxalq məsələlərlə bağlı yaxın təmasda qalmaq barədə razılığa gəliblər.