...

Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Özbəkistana təhvil verilib

Cəmiyyət Materials 31 Yanvar 2025 15:59 (UTC +04:00)
Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Özbəkistana təhvil verilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, 01.01.1995-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Akdı Namik Kemalın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kemal 2024-cü ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti