Bakı. Trend:
Bəşər Əsədin əmisi oğlu keçmiş briqada generalı Atef Nəcib həbs edilib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, O, 2011-ci ildə Dərada Siyasi Təhlükəsizlik Şöbəsinin rəisi olub.
Xatırladaq ki, ötən ilin 27 noyabr tarixində "Hayat Təhrir əş-Şam" qruplaşmasının rəhbərliyi altında üsyançılar İdlib vilayətindən hücuma keçmiş, bir neçə gün ərzində İdlib və Hələb vilayətlərini tam nəzarətə almışdılar. 5 dekabrda Suriya ordusu Hama şəhərini tərk etmiş, 6 dekabrda isə Suriya Demokratik Qüvvələri Deyr-əz-Zor şəhərini ələ keçirmişdi. Dekabrın 8-nə keçən gecə anti-hökumət qüvvələri Dəməşqə daxil olmuş və Prezident Bəşər Əsəd paytaxtı təyyarə ilə tərk etmişdi.