...

Marko Rubio ABŞ-nin nüfuzunu bərpa etmək üçün Latın Amerikasına səfər edəcək

Dünya xəbərləri Materials 1 Fevral 2025 08:30 (UTC +04:00)
Marko Rubio ABŞ-nin nüfuzunu bərpa etmək üçün Latın Amerikasına səfər edəcək

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio qeyri-qanuni miqrant axınının qarşısını almaq, Çinin regionda təsirini məhdudlaşdırmaq və Panama kanalına nəzarəti müzakirə etmək üçün beş Latın Amerikası ölkəsinə səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə "The Guardian" qəzeti xəbər verib.

Məlumata əsasən, M.Rubio şənbədən cümə axşamına kimi Panama, Salvador, Kosta-Rika, Qvatemala və Dominikan Respublikasına səfər edəcək və həmin ölkələrin hər birinin liderləri ilə görüş keçirəcək.

Rubionun özü “The Washington Post” qəzetində dərc olunan məqaləsində xaricə ilk səfəri üçün regionun seçilməsinin təsadüfi olmadığını və qeyd edib ki, Vaşinqtonun xarici siyasəti uzun müddətdir ki, başqa regionlara yönəlib, bunun nəticəsində Latın Amerikasında həllər tələb edən bir çox problemlər yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti