...

Ermənistanda ictimasi nəqliyyatdakı qiymət artrımına görə boykot aksiyasına başlanılıb

Dünya xəbərləri Materials 1 Fevral 2025 10:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın paytaxtı İrəvanda bu gündən (1 fevral) ictimai nəqliyyat haqlarının bahalaşmasına etiraz olaraq boykot aksiyasına başlanılır. Bundan əvvəl yerli hökumətin qərarına əsasən, ictimai nəqliyyatda minimum gediş haqqı 100 dramdan 150 drama qaldırılıb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, gediş haqqının 100 drama endirilməsi tələbi ilə keçiriləcək etiraz aksiyasına Ermənistanın ağsaqallar şurasının “Ana Ermənistan” fraksiyasının üzvləri, İrəvanın keçmiş meri Ayk Marutyan və “Ermənistan” fraksiyasından olan erməni millət vəkili Qarnik Danielyan çıxacaq.

Məlumata görə, bahalaşma qərarının əleyhdarları vətəndaşları ictimai nəqliyyatda əvvəki kimi 100 dram gediş haqqı ödəməyə çağırır.

“Xatırladıram ki, irəvanlıların 150 dram deyil, əvvəlki kimi 100 dram səviyyəsində saxlanılması tələbi hələ də qüvvədədir. Boykot aksiyası da qüvvədədir”, - deyə Ayk Marutyan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti