...

Türkiyənin 2024-cü ildə xarici ticarət dövriyyəsi 600 milyard dolları keçib

Dünya xəbərləri Materials 31 Yanvar 2025 15:05 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yekunlarına əsasən yanvar-dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki , keçən il Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon dollara, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

“2024-cü ilin dekabrında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 664 milyon dollar təşkil edib.

2024-cü ilin dekabrında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq 23 milyard 443 milyon dollar, idxalatı isə, 10,9 faiz azalaraq 32 milayar 221 milyon dollar təşkil edib”- deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti