...

SOCAR “Tamar” layihəsində iştirak payı alıb

Energetika Materials 31 Yanvar 2025 18:17 (UTC +04:00)
SOCAR “Tamar” layihəsində iştirak payı alıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR öz inkişaf strategiyasına uyğun olaraq, xarici ölkələrdə hasilat bazasının genişləndirilməsi strategiyasını davam etdirir.

Trend xəbər verir ki, bu çərçivədə 31 yanvar 2025-ci il tarixində SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.

Müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.

Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Tamar qaz yatağı 2009-cu ilin yanvarında açılıb. Yataqdan təbii qaz hasilatına 2013-cü ilin mart ayının sonunda başlanılıb.

Yataq Hayfadan təxminən 90 km qərbdə, dəniz səviyyəsindən təxminən 5000 metr aşağıda və təxminən 1700 metr dərinlikdə sularda yerləşir. Yatağın sahəsi 100 kvadrat kilometr, layların qalınlığı isə 300 metrə çatır.

Tamarda təbii qaz hasilatı gündə 1,1 milyard kubfuta qədər təbii qaz hasilatını təmin edən altı istismar quyusu vasitəsilə həyata keçirilir.

Yataqda təbii qazın təxmini ehtiyatları təqribən 389 milyard kubmetrdir.

Xəbər lenti

Xəbər lenti