...

ATƏT-in Minsk Qrupu ləğv olunmalıdır – Zaxarova

Siyasət Materials 31 Yanvar 2025 13:54 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu ləğv olunmalıdır – Zaxarova
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT-in Minsk Qrupu ləğv edilməlidir.

Trend xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

"Minsk qrupu öz fəaliyyət predmetini itirib. Aydındır ki, Misk qrupu ləğv edilməlidir, belə bir təcili tədbir Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına kömək etmək məqsədi daşıyır. Buna əlavə edəcəyim heç nə yoxdur", - o bildirib.

O xatırladıb ki, ATƏT-in Minsk Qrupu 2022-ci ilin fevralında fəaliyyətini dayandırıb.

“Və o, öz işini məhz fransız və amerikalı həmsədrlərin təqsiri üzündən dayandırıb. Mövcud mandata baxmayaraq, heç bir məsləhətləşmədən, əlaqə olmadan rusiyalı həmsədrlə əlaqə saxlamaqdan imtina etdilər və əvvəllər planlaşdırılan bütün tədbirləri ləğv etdilər”, - deyə Zaxarova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti