...

Tiktoker “Roşka” həbs edildi

Gündəm Materials 31 Yanvar 2025 17:54 (UTC +04:00)
Tiktoker “Roşka” həbs edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə yenidən həbs edilib.

Trend-in əldə etdiyi məlumata görə, o, canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə Rövşən Süleymanov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rövşən Süleymanzadə bir müddət əvvəl də 45 sutka həbs edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti