...

Çin bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Dünya xəbərləri Materials 1 Fevral 2025 05:54 (UTC +04:00)
Çin bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Çinə keçib. Yanvarda təşkilata Əlcəzair sədrlik edib.

Trend-in məlumatına görə, BMT Təhlükəsizlik Şurası üzvlərinin fevralda keçiriləcək iclaslarının mövzularından biri Yaxın Şərqdəki vəziyyət olacaq. Ümumilikdə, ay ərzində BMT Təhlükəsizlik Şurası təxminən iyirmi açıq iclas və qapalı məsləhətləşmələr keçirəcək.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən, o cümlədən 5 daimi üzvdən - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadan ibarətdir. Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər öz işinə növbə ilə ingilis dilinin əlifba sırası ilə rəhbərlik edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti