...

SOCAR ilə Pakistan şirkətləri arasında yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

İqtisadiyyat Materials 1 Fevral 2025 19:09 (UTC +04:00)
SOCAR ilə Pakistan şirkətləri arasında yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşüb.

SOCAR-dan Trend-ə bildirilib ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı SOCAR ilə Pakistanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətləri arasında hazırda müzakirə edilən layihələrin statusu, əldə edilmiş irəliləyişlər, hədəflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti