...

Keçən il Türkiyənin İƏT ölkələrinə ixracatı 43 milyard dollara yaxınlaşıb

Dünya xəbərləri Materials 1 Fevral 2025 13:38 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin dekabr ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 6,5 faiz artaraq 6 milyard 920 milyon 28 min dollar olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən 2024-cü ilin yanvar – dekabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 5,8 faiz artaraq, 69 milyard 900 milyon 90 min dollar olub.

“2024-cü ilin dekabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz artaraq 3 milyard 902 milyon 78 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin İƏT ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz azalaraq, 42 milyard 796 milyon 905 min dollar təşkil edib.

Qeyd edək ki, Keçən ilin yekunlarına əsasən yanvar-dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

Nazirlikdən qeyd olunub ki , Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon dollara, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.
“Keçən ilin dekabr ayında Türrkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 664 milyon dollar təşkil edib.

2024-cü ilin dekabrında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq 23 milyard 443 milyon dollar, idxalatı isə, 10,9 faiz azalaraq 32 milayar 221 milyon dollar təşkil edib”-deyə,nazirlikdən bildirilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti