...

Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün ilkin addım ola bilər - Deputat

Siyasət Materials 1 Fevral 2025 15:15 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün ilkin addım ola bilər - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın imzaladığı kapitulyasiya aktı və digər öhdəliklərdə açıq şəkildə qeyd olunub ki, Azərbaycan Naxçıvanla quru əlaqəsini mütləq bərpa etməlidir. Ermənistan da bu əlaqənin yaradılmasında öhdəlik götürüb. Biz Zəngilanla Naxçıvan arasında dəmir yolu və avtomobil yolunun işə salınmasına şahidlik edəcəyik, tezliklə bu yoldan dəhliz kimi istifadə etməyə başlayacağıq.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan öz ərazisindən öz ərazisinə gedirsə, buna heç bir nəzarət mexanizmi olmamalıdır, heç bir gömrük rüsumu ödənilməməlidir, vətəndaşlar sərhəd yoxlanışından keçməməlidirlər:

“Ermənistan dəhlizin işə düşməsini maneəsiz şəkildə təmin etməlidir. Unutmamalıyıq ki, Ermənistanın hazırda yerləşdiyi ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan faktiki olaraq Azərbaycan torpaqlarında yaradılmış respublikadır. Bizim ərazi iddialarımız yoxdur. Qərbi azərbaycanlıların doğulduqları, boya-başa çatdıqları, dədə-babalarının yaşadıqları ərazilərdə yaşamaları onların hüququdur. Ən azından o əraziləri rahatlıqla ziyarət etməlidirlər. Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün ilkin addımlardan biri kimi dəyərləndirilməlidir. Cənubi Qafqaz ailəsinin formalaşdırılması, gələcəkdə birgə yaşayışa şahidlik edə bilməyimiz üçün Zəngəzur dəhlizi ən qısa zamanda istifadəyə verilməlidir”.

Naqif Həmzəyev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın maraqlarına xidmət etmir:

“Bu, ilk növbədə Ermənistanın blokadadan çıxarılması, onun nəqliyyat şəbəkəsinə qoşulması üçün əsas vasitələrdən biridir. Dəhliz açılacağı təqdirdə, Azərbaycan və Ermənistan arasında vaxtilə mövcud olan digər kommunikasiya xətlərinin də işə düşməsi baş tuta bilər.

Azərbaycan Zəngəzur dəhlizinə alternativ olaraq İran üzərindən keçərək Naxçıvan və Zəngəzuru birləşdirəcək körpülərin tikintisini həyata keçirir.

Rusiya üçün də Zəngəzur dəhlizinin açılması çox vacibdir. Rusiyanın sanksiyalarla üzləşməsi onun xüsusilə isti dənizlər və Türkiyəyə çxışını qəlizləşdirib. Bu yalnız Gürcüstan üzərindən həyata keçirilir və qış aylarında çətinlik yaradır. Bu baxımdan Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir. Biz inanırıq ki, ABŞ, Avropa dövlətləri də bu layihəni sonunadək dəstəkləyəcək.

Çin və Avropa İttifaqı üçün bu dəhlizin açılması çox əhəmiyyətlidir. Faktiki olaraq Orta Dəhlizin şaxələndirilməsi, artan yükdaşıma sifarişlərinin qarşılanması üçün bu fəaliyyət təkcə Gürcüstan yox, Zəngəzur dəhlizi üzərindən də həyata keçirilməlidir”.

Deputatın sözlərinə görə, dəhliz gələcəkdə yalnız nəqliyyat üçün deyil, enerji resurslarının daşınması üçün də yaxşı fürsət ola bilər.

“Lazım olsa, biz maneəsiz olaraq Azərbaycan və Naxçıvan arasında xüsusi Zəngəzur dəhlizini açacağıq. Daha sonra lazım olacağı təqdirdə, buna paralel olaraq region dövlətlərinin də istifadə edə biləcəyi alternativ yolları da çəkə biləcəyik. Ermənistan gələcəkdə enerji resurslarına çıxışının təmin edilməsi üçün Azərbaycanın təklif etdiyi enerji resurslarının daşınması layihəsinə qoşula bilər, bu da onun Rusiyadan asılılığını azaldacaq”, - deyə N.Həmzəyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti