...

Türkiyənin D-8 ölkələrinə ixracı artıb

Dünya xəbərləri Materials 1 Fevral 2025 15:34 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin dekabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 15,1 faiz artaraq 1 milyard 90 milyon 342 min dollar olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən 2024-cü ilin yanvar – dekabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, 2023-cü ilin analoji dövri ilə müqayisədə 12,7 faiz artaraq, 10 milyard 289 milyon 2 min dollar olub.

“2024-cü ilin dekabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 66,4 faiz artaraq 1 milyard 506 milyon 809 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin D-8 ölkələrindən idxalı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 17,6 faiz artaraq, 15 milyard 441 milyon 306 min dollar təşkil edib.

Qeyd edək ki, Keçən ilin yekunlarına əsasən yanvar-dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

Nazirlikdən qeyd olunub ki , Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon dollara, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

“ Keçən ilin dekabr ayında Türrkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 664 milyon dollar təşkil edib.

2024-cü ilin dekabrında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq 23 milyard 443 milyon dollar, idxalatı isə, 10,9 faiz azalaraq 32 milayar 221 milyon dollar təşkil edib”-deyə,nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti