...

Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir - Şövkət Məhərrəmova

Cəmiyyət Materials 1 Fevral 2025 14:26 (UTC +04:00)
Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir - Şövkət Məhərrəmova
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mükafata layiq görülməyim haqqında məlumatı ilk dəfə iş yoldaşımdan eşitdim. Mənə Prezident İlham Əliyevin sərəncamını göndərdi və orada öz adımı görəndə çox həyəcanlandım. Xəbəri ilk elə yanımdakı iş yoldaşlarımla bölüşdüm.

Bu sözləri Trend-ə ötən gün Prezident mükafatına layiq görülən gənclərdən olan, rejissor Şövkət Məhərrəmova təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, bu mükafat onu daha böyük uğurlara imza atmağa ruhlandırır:

“Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülməyim mənim üçün böyük bir şərəfdir. Bu mükafatı qazanmaq eyni zamanda mənim məsuliyyətimi artırır. Ümid edirəm ki, mənə göstərilən bu etimadı daima doğruldacağam. Bu çox böyük motivasiyadır və daha böyük uğurlara imza atmağa ruhlandırır.

Prezident İlham Əliyevin gənclər siyasəti, onların ölkənin gələcəyində mühüm rol oynamasına şərait yaradır və onların potensialını ən yüksək səviyyəyə çatdırmaq üçün zəmin yaradır. Gənclər bu siyasətin dəstəyi ilə daha fəal, yaradıcı və müstəqil vətəndaşlar kimi yetişir və ölkənin inkişafına öz töhfələrini verirlər”.

Şövkət Məhərrəmova qeyd edib ki, o, gələcəkdə, daha da irəliləmək, müxtəlif layihələrə imza atmaq və sənət sahəsindəki fəaliyyətini daha geniş miqyasda inkişaf etdirmək istəyir:

“Eyni zamanda, gənc rejissorların yetişməsinə dəstək olmaq, onların inkişafı üçün müasir tədris metodları tətbiq etmək və onları daha çox praktiki təcrübə ilə təmin etmək məqsədindəyəm. Qarşıda post production mərhələsində olan filmim var, onu bitirdikdən sonra müxtəlif festivallara göndərməyi planlaşdırıram.

Gənclər günü ilə bağlı bütün gəncləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirəm”.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilir:

Ağalarov Mircavid Elşad oğlu

Əjdərli Aytac Ceyhun qızı

Əzimov Rüstəm Bakir oğlu

Hacıbəyli Rafael Siyavuş oğlu

İsrafilova Fatimə Seymur qızı

Məhərrəmova Şövkət Fikrət qızı

Məmmədzadə Vüqar Əbdüləli oğlu

Muradova Jalə Tərlan qızı

Nuruzadə Ömər İman oğlu

birgə fəaliyyətə görə:

Abdullayev Nihat Rauf oğlu

Əliyeva Ləman Əhəd qızı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti