...

Polis əməliyyat keçirdi: Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildi (VİDEO)

Hadisə Materials 1 Fevral 2025 15:42 (UTC +04:00)
Polis əməliyyat keçirdi: Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildi (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar.

Trend-in yerli müxbirinin məlumatına görə, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti