...

Çin ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə bağlı ÜTT-yə şikayət edəcək

Dünya xəbərləri Materials 2 Fevral 2025 10:11 (UTC +04:00)
Çin ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə bağlı ÜTT-yə şikayət edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Pekin, ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.

Trend xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Vaşinqtonun əlavə rüsumlar tətbiq etməsi ÜTT-nin qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndirilir. Cavab olaraq, Çin də ABŞ-dən idxal olunan mallara əlavə rüsum tətbiq edəcək.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Çin, Kanada və Meksikadan idxal olunan bəzi məhsullara əlavə rüsum tətbiq etmək barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti