...

Qətər İsrail və HƏMAS-ı atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara çağırıb

Dünya xəbərləri Materials 2 Fevral 2025 15:40 (UTC +04:00)
Qətər İsrail və HƏMAS-ı atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail və Fələstinin HƏMAS hərəkatını Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin təfərrüatlarını müzakirə etmək üçün danışıqlara başlamağa çağırıb.

Trend xəbər verir ki, bu barədə o, Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi mətbuat konfransında bildirib.

“Biz sazişdə nəzərdə tutulduğu kimi, ikinci mərhələ üzrə danışıqların dərhal başlanmasını istəyirik,” – deyə Məhəmməd bin Əbdül Rəhman Əl Tani vurğulayıb.

Xəbər lenti

Xəbər lenti