...

Egey dənizində 4,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 2 Fevral 2025 12:48 (UTC +04:00)
Egey dənizində 4,7 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Egey dənizində Türkiyə vaxtı ilə saat 10:22-də 4,7 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.

Qeyd edək ki, dünən bir neçə saat ərzində Egey dənizində ən şiddətlisi 4,4 bal gücündə bir neçə təkan qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti