Bakı. Trend:
İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən məktəblər bağlanıb.
Trend xəbər verir ki, Tehran valiliyinin verdiyi açıqlamaya görə, yüksək hava çirkliliyinin davam etməsi səbəbilə Dəmavənd və Firuzkuh bölgələri, həmçinin universitetlər istisna olmaqla, bütün təhsil müəssisələrində tətil elan edilib.
Buna uyğun olaraq təlimin distant şəkildə aparılacağı bildirilib.