...

İspaniyanın Belçikadakı səfiri Alberto Anton işini itirib

Dünya xəbərləri Materials 2 Fevral 2025 09:28 (UTC +04:00)
İspaniyanın Belçikadakı səfiri Alberto Anton işini itirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Belçikadakı səfirliyinin rəhbəri Alberto Anton, xarici işlər naziri Xose Manuel Albaresin Madriddə səfirlərin illik konfransında çıxışı zamanı yuxuya getdiyi üçün vəzifəsindən azad edilib.

Trend-in “The Times” nəşrinə istinadən verdiyi məlumata görə, nazirin bir saat davam edən monoloqu zamanı Antonun yuxuda olduğunu göstərən video sosial şəbəkələrdə yayıldıqdan sonra Albares onun işdən çıxarılması barədə qərar verib.

“The Times” qəzetinin yazdığına görə, Albarez Xarici İşlər Nazirliyinin ən azı yeddi əməkdaşını səhvlərə və ya hökumət siyasətinə zidd hərəkətlərə görə işdən çıxarıb.

Xəbər lenti

Xəbər lenti