Bakı. Trend:
“Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsinin 22 mini peykindən ibarət partiyanı orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə SpaceX tərtibatçı şirkəti X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Raket Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasındakı buraxılış meydançasından buraxılıb.
Raket daşıyıcısının təkrar istifadə oluna bilən mərhələsi Sakit Okeandakı "Of Course I Still Love You" dəniz platformasına qayıdıb.