Bakı. Trend:
İtaliya A Seriyasında 23-cü turun oyunları davam edir.
Trend xəbər verir ki, bu gün dörd maraqlı qarşılaşma baş tutacaq.
Turun ən çox gözlənilən oyunu isə "Derby della Madonnina" olacaq. Bu görüşdə əzəli rəqiblər "Milan" və "İnter" üz-üzə gələcəklər. Qeyd edək ki, cari mövsümdə "Rossoneri" həm A Seriyasında (2:1), həm də İtaliya Super Kubokunda (3:2) "Nerazzurri" üzərində qələbə qazanıb.
Bundan başqa, "Roma" lider "Napoli" ilə qarşılaşacaq ki, bu da azarkeşlər üçün maraqlı duel vəd edir.
"Yuventus" isə evdə "Empoli"ni qəbul edəcək və növbəti qələbəsini qazanmağa çalışacaq.