...

Hərbi hissələrdə Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib (FOTO)

Siyasət Materials 2 Fevral 2025 16:22 (UTC +04:00)
Hərbi hissələrdə Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi hissələrdə 2 Fevral - Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri yad edilib.

Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb.

Sonra çıxışçılar Ümummilli Liderin təməlini qoyduğu və hazırda uğurla davam etdirilən dövlət gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərimizə verdiyi dəyərdən, Birinci vitse-prezident Mehriban xanımın göstərdiyi dəstəkdən danışıblar.

Daha sonra hərbçilər qarşısında hüquqi maarifləndirici mühazirələr oxunub, onların qayğı və problemləri ilə maraqlanılıb.

Xəbər lenti

Xəbər lenti