Bakı. Trend:
ABŞ-nin Somalinin şimalında İslam Dövləti qruplaşmasının mövqelərinə endirdiyi hava zərbəsi nəticəsində azı 48 yaraqlı öldürülüb.
Trend xəbər verir ki, məlumatı Somalinin Garowe xəbər portalı Puntlend ştatının hakimiyyət orqanlarına istinadən yayıb.
Məlumata görə, məhv edilənlər arasında 5 səhra komandiri və 12 əcnəbi döyüşçü də var. ABŞ prezidenti Donald Tramp fevralın 1-də "Truth Social" sosial şəbəkəsində hərbçilərə İŞİD liderlərindən birinin və digər terrorçuların Somalidə şübhəli bilindiyi yerə dəqiq zərbə endirməyi əmr etdiyini açıqlayıb. Zərbələr ekstremistlərin gizləndiyi mağaraları hədəf alıb.
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, bu hava zərbəsi nəticəsində İŞİD yaraqlıları xeyli itki verib.